İnnovasiya fəaliyyəti

iqtisadi inkişafı və rəqabətliliyi təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsi.
İnkar
İnnovasiya(lar)
OBASTAN VİKİ
İnnovasiya
İnnovasiya (ing. innovation, lat. innovato — yenilənmə, yaxşılaşma deməkdir) — yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi. Müasir dövrdə innovasiyanın kateqoriyalaşdırılması və onun dərəcələrinin müəyyənləşdirilməsi "İnnovasiya matris"i əsasında həyata keçirilir. Mahiyyət etibarı ilə 4 sektordan (sırası ilə İnqilabi, Dəstəkləyici, Bəsit və Dağıdıcı İnnovasiya) ibarət olan matris innovasiyaya zərurət duyulan sahə ilə bu zərurəti şərtləndirən problem arasındakı əlaqəni tədqiq edir. İnnovasiya kortəbii bir proses olmadığından, onun labüdlüyünün ölçülməsi və mümkün nəticələrinin səmərəlilik baxımından qiymətləndirilməsi nəticə etibarilə müvəffəqiyyət üçün müstəsna əhəmiyyət kəsb edir. İqtisadi proseslərə innovasiyanın elmi cəhətdən inteqrasiyası avstriyalı iqtisadçı Yozef Şumpeterin "İqtisadi inkişaf nəzəriyyəsi" (1911) kitabı ilə başlayaraq sonrakı dövrlərdə bir qisim müfəssəl tədqiqatlar əsasında daha da geniş vüsət aldı. Qeyd edilən əsərdə təqdim edilən "Kreativ destruksiya" yaxud "Şumpeter fırtınası" anlayışı, iqtisadi quruluşu fasiləsiz olaraq daxildən dəyişdirən, davamlı olaraq sistemdə mövcud olan köhnə elementi dağıdarkən yenisini formalaşdıran transformasiya prosesini ifadə edir. İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin (1883–1950) 1912-ci ildə yazdığı "İqtisadi inkişaf nəzəriyyəsi" əsəri ilə dövriyyəyə çıxarılmışdır. İnnovasiya anlayışı ixtira və kəşf terminlərindən fərqlənir.
Depozitar fəaliyyəti
Depozitar fəaliyyət — (ing. depositary activity) Qiymətli kağızların saxlanması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyət.
İstehsalat fəaliyyəti
İstehsalat fəaliyyəti — mikroiqtisadiyyatda istifadə olunan, xalis məhsulun texnoloji cəhətdən qəbul edilə bilən bütün vektorlarının məcmuəsini rəsmiləşdirən bir konsepsiya. Əgər iqtisadiyyatda N {\displaystyle N} məhsul olsa. İstehsal prosesində n {\displaystyle n} mal istehlak olunur. Bu malların vektorunu (xərcləri) x {\displaystyle x} (vektorun ölçüsü n {\displaystyle n} ) ilə qeyd edək. Digər m = N − n {\displaystyle m=N-n} məhsulların zamanla istehsal olunur (vektor m {\displaystyle m} ). Bu malların vektorunu y {\displaystyle y} ilə qeyd edək. Sonra z = ( − x , y ) {\displaystyle z=(-x,y)} (ölçüsü - N {\displaystyle N} ) vektoruna xalis çıxışların vektoru deyilir. Net çıxışların texnoloji cəhətdən qəbul edilə bilən bütün vektorlarının cəmi texnoloji dəsti təşkil edir. Əslində, R N {\displaystyle R^{N}} boşluğunun bəzi alt hissəsidir. Boşluq: texnoloji dəst boş deyil.
Sosial innovasiya
Sosial innovasiya — əhalinin müxtəlif tipli sosial tələbatlarına cavab verən yeni strategiyaları, konsepsiyaları, ideyaları və təşkilatları özündə ehtiva edir. Hazırda internet vasitəsilə sosial innovasiyaların tətbiqi məsələsi daha aktualdır, belə ki, internet sosial innovasiyaları həyata keçirmək üçün ən ucuz və sürətli vasitə hesab olunur. Buna görə də internet əsaslı sosial innovasiyaları dəstəkləyən müxtəlif tədbirlər bütün dünyada keçirilməkdədir, bunlardan ən məşhuru Sosial Yeniliklər Düşərgəsidir. Sosial innovasiyalar hazırda cəmiyyətdə e-dəyişikliklər tətbiq etməklə müxtəlif proseslərin internet və rəqəmsal alətlər üzərindən daha asan və ucuz yollarla həyata keçirilməsinə xidmət edir.
İnnovasiya menecmenti
İnnovasiya menecmentinin bir çox tərifi mövcuddur: 1) İnnovasiya menecmenti — məhsul, biznes prosesi, marketinq, texnologiya, material və komponentlər nəzəriyyəsinə dair dünya, ölkə və ya konkret bir region üçün yeni olan ideyaların maksimum mənfəəət əldə etmək və biznes sistemlərinin ümumi strategiyası çərçivəsində risklərin optimallaşdırılması məqsədilə kommersiya layihəsinə çevrilməsi prosesidir 2) İnnovasiya menecmenti — yaradıcı fəaliyyətin yeni, yaxud təkmilləşdirilmiş məhsul və ya praktik tətbiq oluna bilən və müəyyən ehtiyacları təmin etməyə qadir texnologiya şəklində təcəssüm olunan son nəticəsidir. Başqa sözlə, innovasiya – istehlakçıların müəyyən tələblərini təmin etmək üçün yeni ideya və biliklərin praktik istifadəsi məqsədilə onların həyata keçirilməsinin nəticəsidir 3) İnnovasiya menecmenti – prinsipial olaraq yeni və modifikasiya olunmuş vasitənin (yeniliyin) yaradılmasının və istifadəsinin (tətbiqinin) yekun nəticəsidir, hansı ki, rəqabətli ictimai tələbatı təmin edir və bir sıra nəticələr (iqtisadi, elmi-texniki, sosial, texnoloji) verir 4) İnnovasiya menecmenti – iqtisadi mənfəəti təmin edən, bu cür mənfəət üçün şərait yaradan, yaxud məhsulun (əmtəə, iş, xidmət) istehlak xüsusiyyətlərini yaxşılaşdıran yeni, yaxud təkmilləşdirlmiş məhsul (əmtəə, iş, xidmət), onun istehsal və ya tətbiq olunması qaydasıdır (texnologiyasıdır), istehsalın təşkili və ya iqtisadiyyatı, yaxud məhsulların satışı sahəsində yeniliklər və ya təkmilləşdirmələrdir 5) İnnovasiya menecmenti – yeni növ əmtəələrin, istehsalın yeni qayda və metodlarının, yeni xammal mənbələrinin tətbiqi və istifadəsi, yeni bazarların, istehsalın təşkilinin yeni formalarının (inhisara alma məqsədilə yenidən təşkil etmə) mənimsənilməsi məqsədilə istehlakçı ruhu ilə motivasiya olunmuş istehsal amillərinin dəyişilməsidir (yeni kombinasiyalarıdır) [1] [5]. 6) İnnovasiya menecmenti – sahibkarların xüsusi alətidir, hansı ki, bu vasitədən onlar dəyişiklikləri yeni növ biznes, yaxud xidmət həyata keçirmək üçün şans kimi istifadə edirlər. İnnovasiya — əvvəllər mövcud olmayan yeninin işlənib hazırlanması və tətbiqidir, onun köməkliyi ilə köhnə, məlum elementlər müvafiq biznesin iqtisadiyyatına yeni forma verir [6] … İnnovasiya menecmentinin obyektləri innovasiya və innovasiya prosesidir. İnnovasiya prosesi – innovasiyaların yaradılması, mənimsənilməsi, yayılması və istifadəsi prosesidir. Həmçinin, məhsul (əmtəə) ilə bağlı innovasiya prosesi ideyanın fundamental və tətbiqi tədqiqatlar, konstruktor işləri, marketinq, istehsal, satış mərhələləri vasitəsilə ardıcıl olaraq əmtəəyə çevrilməsi prosesi kimi müəyyən edilə bilər. Geniş şəkildə innovasiyalar məhsul, texnoloji, təşkilati və inzibati innovasiyalara bölünə bilər. Sonuncu innovasiyalar əksər hallarda həm məhsul, həm də texnoloji innovasiyaları tətbiq edərkən qaçılmazdır. İnnovasiyaların aşağıdakı əlamətlərə görə təsnifatı məlumdur: yayılma, istehsal tsiklində yer, davamlılıq, bazarı əhatə dairəsi, yenilikçilik dərəcəsi və innovasiya potensialı. Təşkilatın innovasiya fəaliyyətinin planlaşdırılması; Missiyanın düzgün formalaşdırılması (təşkilatın fəaliyyətinin innovasiyaya yönəldilməsi).
Ali sinir fəaliyyəti
İ. P. Pavlov beyində baş verən oyanma və ləngimə hadisələrinin müxtəlif təzahürləri, onların arasındakı qarşılıqlı əlaqə və təsirləri təhlil edərək sinir sistemini müxtəlif tiplərə bölməyə səy göstərmişdir. Buraya mərkəzi sinir sisteminin gücü, oyanma ilə ləngiməninmüvazinəti (oyanma və ləngimənin gücü arasındakı münasibət)və əsas sinir hadisələrinin mütəhərrikliyi daxil edilmişdir. Sinir sisteminin gücü qabıq hüceyrələrinin işgörmə qabiliyyətinə görə müəyyən edilir. Müəyyən qüvvəyə çatdıqdan sonra şərti qıcıq gücünün artması effektin artmasına deyil, onun azalmasına səbəb olur, yəni hüdudxarici ləngimə baş verir. Bu ləngimə fərdi xüsusiyyət daşıyır, məsələn, bu bir itdə çox tez, başqasında nisbətən gec baş verə bilər. Bu onu göstərir ki, heyvanın birində oyanma çox tez ləngiməyə çevrilir, digərində isə bunun üçün xeyli vaxt tələb olunur. İ. P. Pavlov bu xüsusiyyətlərə əsasən sinir sistemini zəif və güclü tiplərə bölünür. Beyin fəaliyyətinin ikinci səciyyəvi oyanma və ləngimə qabiliyyəti eyni gücdə olan heyvanlara müvazinətli tip deyilir. Əgər heyvanda oyanma yaxud ləngimə hadisələrindən biri güclü inkişaf etmişsə, buna müvazinətsiz sinir tipi deyilir. Beyin fəaliyyətinin üçüncü səciyyəvi xüsusiyyəti oyanma və ləngimə hadisələrinin mütəhərrikliyi ilə müəyyən olunur.
İnsanın seksual fəaliyyəti
İnsanın seksual fəaliyyəti — insanların seksuallığı yaşaması və ifadə etməsi. İnsanlar müxtəlif səbəblərdən müxtəlif seksual hərəkətlərdə iştirak edirlər. Bu hərəkətlər müxtəlif bir tezliklərdə tək başına edilən fəaliyyətlərdən (məsələn, masturbasiya) başqa bir şəxslə edilən fəaliyyətlərə (məsələn, cinsi əlaqə, oral seks və s.) qədər fərqlənir. Seksual fəaliyyət adətən iştirakçı şəxsdə seksual oyanıqlıq və fizioloji dəyişikliklərlə nəticələnir, bəziləri qabarıq görünür, digərləri isə daha incədir. Seksual fəaliyyətə başqasının seksual marağını oyandırmaq və ya başqasının seksual həyatının səviyyəsini artırmaq məqsədi daşıyan davranış və fəaliyyətlər də aid ola bilər. Seksual fəaliyyət seksual oyanıqlıqdan sonra baş verə bilər. Bəzi mədəniyyətlərdə seksual fəaliyyət yalnız evlilikdə məqbul sayılır. Bu çərçivədə evlilikdən əvvəl seks tabudur. Bəzi seksual fəaliyyət nümunələri ya bütün dünyada, ya da bəzi ölkələrdə illeqaldır. Həmçinin, bunların bəziləri müəyyən cəmiyyətlərin və ya mədəniyyətlərin normalarına zidd hesab olunur.
Skolkovo İnnovasiya Mərkəzi
Skolkovo İnnovasiya Mərkəzi — Rusiya dövləti tərəfindən ölkədə “startup” və sahibkarlıq mədəniyyətini yaratmaq üçün başladılmış Silikon Vadisinin rəqibi olacaq bir layihədir. Skolkovonun yaradılması üçün növbəti 7 il ərzində 4 milyard dollar xərclənəcəyi gözlənilir. Özəl sektordan bir investorun yatıracağı investisiya ilə birlikdə 2020-ci ilə qədər Skolkovonun yaradılmasına cəmi 15 milyard dollar xərclənəcək. Skolkova, Rusiya dövləti tərəfindən başladılmış, ölkə iqtisadiyyatının təbii resurslardan asılılığını azaltmaq və ölkə daxilində sahibkarlığın artırılması üçün qurulan hökumət yönlü təşviqdir. Moskvanın mərkəzindən bir saatlıq məsafədə təxminən 400 hektar əraziyə malik Skolkovo parkı həm vençur investisiyalara söykənən startup sahibkarlıq, həm texniki-elmi tədqiqat və həm də təhsil mərkəzi funksiyasını daşıyacaq. Hal-hazırda sahədə yalnız Hypercube adlanan, polad, şüşə və beton tikili mövcuddur. Tikili konfrans zalları və iş otaqlarından ibarətdir. Nokia, Samsung və Cisco System kimi iri şirkətlər Skolkovoda öz tədqiqat və inkişaf mərkəzlərini cəlb etməkdə artıq maraqlı olduqlarını bildiriblər. Skolkova mərkəzi 13000-dən çox iş yerinin açılma potensialına sahib 1000-dən çox start-up bizneslə əlaqələri olduğunu bildirib. Skolkova Sovet dövrünün gizli texniki tədqiqat laboratoriyalarını xatırladır.
Qlobal İnnovasiya İndeksi
Qlobal İnnovasiya İndeksi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən dərc edilən ölkələrin innovasiya imkanlarına və nailiyyətlərinə görə illik reytinqidir. 2007-ci ildə INSEAD və World Business: 203 tərəfindən nəşr olunan Britaniya jurnalıdır.:203 ÜƏMT tərəfindən 2021-ci ilə qədər Kornell Universiteti, INSEAD və digər qurum və təşkilatlarla əməkdaşlıqda nəşr edilmişdir.:333 O, Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla müxtəlif mənbələrdən alınan həm subyektiv, həm də obyektiv məlumatlara əsaslanır.:203 İndeks 2007-ci ildə INSEAD və Britaniya jurnalı olan World Business tərəfindən yaradılmışdır. Sumitra Dutta tərəfindən hazırlanmışdır. İndeks iki alt indeks üzrə xalların sadə ortalaması alınmaqla hesablanır: müvafiq olaraq beş və iki sütundan ibarət olan İnnovasiya Giriş İndeksi və İnnovasiya Çıxışı İndeksi. Bu sütunların hər biri innovasiyanın aspektini təsvir edir və balları orta çəkili metodla hesablanan beşə qədər göstəricidən ibarətdir. 2007-ci ildə yarandığı gündən bəri artan sayda hökumətlər öz illik GII nəticələrini sistematik şəkildə təhlil edir və performanslarını yaxşılaşdırmaq üçün mövqelərini tərtib edirlər. İndeks 19 dekabr 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf üçün elm, texnologiya və innovasiyalar üzrə qətnaməyə daxil edilib. İndeks innovasiyanın tərkib hissəsi olmayan amillərə həddindən artıq əhəmiyyət verdiyi üçün tənqid olunub. Məsələn, "Vergilərin ödənilməsinin asanlığı", "Elektrik enerjisinin istehsalı" (yarım çəki) və "Minoritar İnvestorları Müdafiə Asanlığı" "Kredit əldə etmək asanlığı" və "Vençur Kapitalı Sövdələşmələri" ilə yanaşı amillərdir.
Azərbaycan legionerlərinin mətbuat fəaliyyəti
Azərbaycan legionerlərinin mətbuat fəaliyyəti (alb. Aserbaidschanische Legion) — Azərbaycan legionu, Verxmatın xarici hərbi bölüklərindən biri. İkinci dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan legionları çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycanın mülli müstəqilliyinin qazanılmasına, Almaniya hökuməti tərəfindən tanınmasına çalışmışdır. İkinci dünya müharibəsi illərində Almaniyada fəaliyyət göstərən Azərbaycanın ayrı-ayrı siyasi xadimlərinin və nüfuzlu hərbçi-legionerlərinin köməyi ilə minlərlə yurddaşının həyatı xilas edilmişdir.Müharibənin gedişində və Hitlerin ilk aylardakı qələbələrində alman təbliğatının əhəmiyyəti silahın gücündən az olmadı. Təbliğat Nazirliyi bu sahədəki işini gücləndirmək, kitabça və plakatlar hazırlamaq üçün öz fəaliyyətini “Vineta” təşkilatı ilə genişləndirdi. 1941-ci ilin 22 iyunundan bir həftə əvvəl on ikiyə qədər rus, ukraynalı, qafqazlı və türk-tatar bir yerə toplanaraq Qızıl Ordu əsgərlərini fərariliyə dəvət edən çağırışlar hazırladılar. Bu heyət Yozef Gebbelsin tabeçiliyində olaraq Eberhard Taubert tərəfindən istiqamətləndirilirdi. Təbliğat Nazirliyi əl elanları və radio yayımlarından istifadə etməklə yanaşı, partiya natiqlərinin danışıqlarından, filmlərdən və toplantılardan da bəhrələnirdi. Elanların təyyarələrlə sovet bölgələrinə yayılması işi “Vermaxt təbliğat” dairəsi ilə birgə aparılırdı. Müharibənin başlanğıcında sovet əsgərlərini komandirlərini öldürüb almanların tərəfinə keçməsinə çağıran səkkiz milyon ədəd vərəqə çap olunub cəbhə bölgələrinə atılmışdı.
"Üçlü spiral" innovasiya modeli
"Üçlü spiral" innovasiya modeli – Universitet-dövlət-sənaye əlaqələri vasitəsilə biliyin yaradılması, yayılması və istifadəsini nəzərdə tutan nəzəri çərçivə.
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi
10 ildən artıqdır ki fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azercell Telekom MMC və PAŞA Bankın dəstəyi ilə 2009-cu ildə yaradılan Azərbaycanın ilk biznes inkubatorudur. Mərkəzin əsas məqsədi Azərbaycanda rəqəmsal ekosistemi böyütməkdir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə mərkəz fəaliyyətini dayandırıb, lakin mərkəz tərəfindən açıqlama verilməyib. == Fəaliyyəti == Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İnnovasiya Laboratoriyası, Biznes İnkubator və Sahibkarlıq dəstəyi, İş Həlləri və Tərəfdaşlıq sahələrindən ibarətdir. 2017-ci ilə qədər Mərkəz 300-dən çox tədbirə ev sahibliyi etdi, 3500 müraciət toplayaraq 45 startapı işə salıb. Bundan əlavə, ABŞ-nin Virciniya ştatında bir startap yaradılması və 6 startap müəssisəsinin inkişaflarını gücləndirmək üçün Kaliforniyanın Silikon Vadisini ziyarət etməsinə səbəb oldu. 2019-cu ildən bəri Barama İSM Azərbaycan İnnovasiyalar Agentliyi tərəfindən dəstəklənir. 2017-ci ilin yanvarın 18-dən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycan İqtisadi İslahatların Təhlii və Kommunikasiya mərkəzi ilə əməkdaşlığa başlayıb. 2017-ci il iyunun 3-də Gəncə şəhərinin Azərbaycan Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərəcək yeni mərkəzinin açılışı olub. 2017-ci il dekabrın 21-də Azercell və "Azərbaycan Britaniya Kolleci" arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olundu.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 1885 nömrəli Fərmanı ilə "Elektron hökumət" portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilib. Portal dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir. Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında "bir pəncərə" prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir. Portal vasitəsilə həm vətəndaş (G2C), həm sahibkar və biznes qurumları (G2B), həm də digər dövlət qurumları (G2G) istiqamətlərində xidmətlər həftənin bütün günləri fasiləsiz şəkildə həyata keçirilir. Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan "myGov" elektron hökumət portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. "myGov"u əsas fərqləndirən xüsusiyyət, qabaqlayıcı hökumət konsepti əsasında fəaliyyət göstərməsidir. Vətəndaşlar "myGov" portalında (https://my.gov.az/) qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yarada və burada dövlət qurumları tərəfindən verilmiş şəxsi məlumatları ilə tanış ola, xidmətlərə elektron qaydada müraciət edə, e-arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiq edə, həmçinin məlumatlarının digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilirlər. Vətəndaş, həmçinin şəxsi kabinetindəki bütün növ əməliyyatlarının tarixçəsini (kabinetə giriş, giriş vasitəsi, xidmətlərdən istifadə, çıxış) izləmə imkanına sahibdir.
Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti
Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti — Malayziyada universitet; biznes işində, həm də cəmiyyətin qurulmasında effektiv rol oynayan yüksək ixtisaslı məzunların hazırlığında texnologiyalar, innovasiyalar və yaradıcılığın unikal uyğunluğunun birləşdirilməsini rəhbər tutan ali təhsil ocaqlarındandır. Ali məktəb 1993-cü ildə Asiya-Sakit Okean İnformasiya Texnologiyaları İnstitutu olaraq Malayziyada fəaliyyətə başlayıb, 2004-cü ildən universitet statusu əldə edərək Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti adlandırılıb. Universitetin əsas hədəfi – yeni və daha effektiv düşüncə tərzlərindən istifadə edərək tələbələri oxumağa, əhatə edən şəraitə uyğunlaşmağa və başqa cür düşünməyə hazırlamaq məqsədilə şəxsi təhsil proqramları vasitəsilə innovasiyaları öyrətməkdən ibarətdir. Nailiyyətlər və müxtəlif milli və regional yarışlarda universitetin qələbələri ali təhsil, o cümlədən innovasiya tədqiqatları sahəsindəki mükəmməlliyi təsdiq edir. Bütün tədris proqramları Malayziyanın Təhsil Nazirliyi tərəfindən təsdiq edilib və Malayziya İxtisas Agentliyi tərəfindən təyin edilib. Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində, Texnologiya parkında yerləşdirilib. Şəhər Malakka yarımadasının cənub-qərbində, Klanq və Qombak çaylarının kəsişdiyi yerdə yerləşir. Ölkənin əhəmiyyətli ticarət-sənaye və maliyyə mərkəzidir. Belə ki, şəhərdə və onun ətrafında kauçuk emalı, palma yağının və digər qida məhsullarının istehsalı, avtomobillərin quraşdırılması, o cümlədən elektrotexnika və elektron məmulatların və s. istehsalı həyata keçirilir.
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti
Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universiteti — Rusiyada universitet; innovasiya texnologiyaları sahəsində elmi-tədrisin mənbəyi olaraq müasir iqtisadiyyatın bütün istiqamətləri üzrə mütəxəssis hazırlığını həyata keçirir. Universitet 1999-cu il, Rusiya Federasiyası Hökumətinin 31 dekabr tarixli sərəncamına uyğun olaraq Rusiya Təhsil Nazirliyinin ali məktəbində elmi-texniki sahibkarlığın inkişafına komək mərkəzi elmi müəssisəsinin əsasında yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının prioritet təşkil etdiyi universitetdə distant təhsilin tətbiqinə xüsusi önəm verilir. Hal-hazırda ali təhsil ocağında distant təhsil portalı (do.itbu.ru) işə salınıb. Yaxın vaxtlarda onun əsasında bir sıra ixtisasların artırılması planlaşdırılır. Hazırda vəkillik, bank hüququ: əsas vəziyyətlər, internet münasibətlərinin hüquqi tənzimlənməsi, qiymətli kağızlar kursları üzrə iş aparılır. Hazırda Rusiya İnnovasiya Texnologiyaları və Sahibkarlıq Dövlət Universitetində 7 fakültə fəaliyyət göstərir: innovasiyaların idarəedilməsi, innovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi, informasiya sistemləri, tətbiqi informatika, idarəetmə və inteqrasiya edilmiş marketinq kommunikasiyaları, vətəndaş-hüquqi intizamlar, dizayn və reklam. İnnovasiyaların idarəedilməsi kafedrasında tələbələr innovasiya fəaliyyətini idarə etmə sahəsində, strateji idarəetmə, innovasiya layihələrini idarə etmə, biznes planlaşdırma üzrə bacarıqlar əldə edirlər. Tələbələr innovasiya fəaliyyətinin (Project Expert, BP Win, Prime Expert, Microsoft Project, Microsoft Navision və başqaları) təminatı üçün qeydiyyat-analitik proqramlardan istifadə etməyi öyrənirlər. İnnovasiya elmi ağırlıqlı istehsalın keyfiyyətinin idarəedilməsi kafedrası bu ilin sentyabrında keyfiyyətin idarəetməsi və aerokosmik fəaliyyətin innovasiya texnologiyaları kafedralarının birləşdirilməsi nəticəsində yaradılıb.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi, ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3–17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric (Primary, Secondary, IGCSE, AS/A Levels), IBDP üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 500-dan çox şagirdə təhsil xidməti göstərir. Mərkəzin nəzdində məktəbəqədər təhsil müəssisəsi "Kipinä Baku" adı ilə fəaliyyət göstərir. Məktəbəqədər təhsil pilləsinə, Azərbaycan, rus və ingilis bölmələri üzrə 3–5 yaşlı uşaqlar qəbul edilir. "Kipinä" brendi "Finlandiya dövlət məktəbəqədər təhsil proqramı" əsasında yaranmış qlobal markadır. Mərkəz üç bölmə üzrə Azərbaycan, rus və ingilis dillərində təhsil verir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum əsasında, ingilis dilində təhsil isə Kembric kurikulumu əsasında, Kembric Beynəlxalq Məktəbi statusu ilə fəaliyyət göstərir. İbtidai sinifləri məktəb daxilində ayrıca korpusda yerləşdirilir və siniflərdə orta uşaq sayı maksimum 18 nəfərlə məhdudlaşdırılır. Mərkəz daxilində fəaliyyət göstərən orta və tam orta məktəbdə üç bölmə üzrə, Azərbaycan, rus və ingilis dillərində təhsil verilir. Azərbaycan və rus dilində təhsil Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi milli kurikulum, ingilis dilində təhsil isə Kembric kurikulumu və Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB DP) əsasında aparılır.